Bir qrup amerikalı jurnalist Gəncəyə səfər edib - FOTO

 16:42 28.08.2021     982

Latın Amerikasının tanınmış media nümayəndələri Gəncə şəhərində səfərdədirlər.

Redaktor.az-ın məlumatına görə, onlar Vətən müharibəsi zamanı ermənilərin Gəncə şəhərinə atdıqları raket nəticəsində mülki insanların həlak olduğu və yaralandığı ərazilərə baş çəkəcəklər.

Onları müşayiət edən yerli rəsmilər dağıntıların olduğu ərazilərə gələn xarici media nümayəndələrinə baş vermiş hadisə ilə bağlı məlumatlar verəcəklər.

Qeyd edək ki, səfərdə Meksikanın "El Universal" qəzetinin redaktoru Qabriel Moyssen, Kolumbiyanın "İmpacto Mundo" telekanalının aparıcısı və bir neçə agentliyin müxbiri olan Roberto Trobaxo, Perudan tanınmış jurnalist, Peru Jurnalistlər Federasiyasının vitse-prezidenti Rikardo Sançes və Perunun nüfuzlu "La Razon" qazeti və "Prensa21" xəbər portalının direktoru olan Karlos Linares və Kosta-Rikadan "Horizontes TV" kanalının aparıcısı Denis Mora Qusman iştirak edir.

Onlar Gəncə şəhərindən sonra Ağdam şəhərinə yola düşəcəklər.

22