“YAŞAT” Fonduna daxil olan vəsait açıqlanıb

 12:50 28.08.2021     283

“YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

Fonddan Redaktor.az-a verilən məlumata görə, bu günə qədər fondda 61 917 157,45 manat vəsait yığılıb.

Həmin vəsaitdən 17 184 503,95 manatı fiziki şəxslər, 44 732 653,5 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.

Fonda daxil olan vəsaitin 35 296 814,22 manatı xərclənib. Vəsaitin qalığı isə 26 620 343,23 manatdır