Gənc jurnalist koronavirusdan vəfat edib - SON DƏQİQƏ

Gənc jurnalist Oğuz Altay koronavirusdan dünyasını dəyişib.
Redaktor.az xəbər verir ki, bu haqda onun dostları sosial şəbəkədən paylaşım ediblər.
32 yaşlı jurnalist bir müddət öncə COVID-19 virusuna yaxalanmışdı.
Qeyd edək ki, o, on gün öncə "Facebook" hesabından koronavirusa yoluxduğunu və insanları ehtiyatlı olmağa səsləyən paylaşım etmişdi.