Peyvənd olunanların sayı açıqlanıb

 17:02 29.08.2021     276

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 92 948 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 922, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 40 026 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 687 806, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 042 976, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 644 830 təşkil edir.