Ucarda məktəb direktoru vəfat edib - FOTO

Ucar rayon Alpout kənd 2 nömrəli tam orta məktəbin direktoru Mətləb Əliyev vəfat edib.
Bununla bağlı Redaktor.az-a Ucar Rayon Təhsil Şöbəsindən məlumat verilib.
Bildirilib ki, Təhsil Şöbəsinin rəhbərliyi və kollektivi mərhuma Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı verir.
Allah rəhmət eləsin!