SON DƏQİQƏ: Şirvanda partlayış baş verib - Ölən var

 10:01 30.08.2021     145

Avqustun 29-u saat 23:50-də Şirvan şəhəri, T.İsmayılov küçəsində yerləşən çörəkbişirmə sexində partlayış baş verməsi nəticəsində 1 nəfər şəxsin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.

Bu barədə Redaktor.az-a Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, qeyd edilən sexdə qaz sızması səbəbindən baş vermiş partlayış nəticəsində sexin yaxınlığında quraşdırılmış, suyun qızdırılmasını təmin edən dəmir sobanın 60 metr uzaqlıqda olan avtomobilə dəydikdən sonra yaxınlıqda dayanmış Zaur Əliyevə dəymiş, sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 187.1-ci (xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.