Azərbaycanda məşhur təşkilatın iki üzvü koronavirusdan öldü

 12:18 30.08.2021     125

Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərən UAFA təşkilatının iki üzvü koronavirusdan vəfat edib.

Redaktor.az xəbər verir ki, 20 yaşlı daun sindromlu gənc Nəsib 18 ildən artıq idi təşkilatın xidmətindən yararlanıb və müxtəlif fəaliyyətlərdə  iz qoyub.

UAFA təşkilatının digər üzvü Raya xanım isə 20 ilə yaxındır UAFA-nın Yasamal İcma Əsaslı Reabilitasiya Mərkəzi ilə əməkdaşlıq edib, uşaqlara əlindən gələn köməyi əsrigəmirdi. //Lent.az