Büdcədən maliyyələşən qurumların sayı artırılıb - NAZİRLƏR KABİNETİ

 20:11 30.08.2021     213

Azərbaycanda büdcədən maliyyələşən qurumların sayı artırılıb.

Redaktor.az-ın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun imzaladığı qərarla "Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”na edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu da büdcədən maliyyələşən qurumlar siyahısına daxil edilib.