Bakıda yük avtomobili aşıb: Mərkəzi yolda hərəkət məhdudlaşdırılıb

 09:02 31.08.2021     432

Bakıda Tbilisi prospekti ilə Cavadxan küçəsinin kəsişməsindən 20 Yanvar dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Bu barədə Redaktor.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd olunub ki, gecə saatlarında 20 Yanvar dairəsində yük avtomobilinin aşması nəticəsində yola yağ dağılıb: “Hazırda müvafiq qurumların xüsusi texnikaları əraziyə cəlb edilməklə yolda təmizlənmə işləri görülür.

Yolun bağlanması ilə əlaqədar olaraq bu hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də müvəqqəti olaraq dəyişdirilib. Avtobusların hərəkəti digər avtomobillərin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil edilib”.

Müğənni Doğuş ölümdən dönüb

 09:05 31.08.2021     1011

Türkiyənin populyar müğənnilərindən olan Doğuş ölüm təhlükəsilə üzləşib.

Redaktor.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. 

İfaçı ailəsilə birlikdə gəmiylə gəzintiyə çıxıb.

Oksigen balonu olmadan dərinliyə dalan Doğuşun bir müddət üzə çıxmadığını görən gəmi kapitanı suya atılaraq, məşhuru xilas edib.

Müğənni hər ehtimala qarşı xəstəxanaya yerləşdirilib. Onun səhhətində ciddi problemin olmadığı bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən