Azərbaycanda daha bir körpə küçəyə atılıb

 09:32 31.08.2021     445

Gəncədə dörd aylıq körpə küçəyə atılıb. 

Bu barədə Redaktor.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 

Bildirilib ki, Gəncə şəhər A.Ziyatxanov küçəsində yerləşən 18 nömrəli məktəbin yanında çantanın içərisində körpə tapılıb.

Azyaşlı qız 2 saylı uşaq xəstəxanasına yerləşdirilib. Vəziyyəti normaldır.

Qeyd edək ki, bir müddət əvvəl Sumqayıtda və Ucarda da körpələr küçədə tərk edilmişdi.