Vilayət Eyvazov rəis müavinini işdən çıxarıb

 10:32 31.08.2021     285

Azərbaycanda rəis müavini işdən azad olunub. 

Redaktor.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Qazax Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Tahir Orucov xidmətdə buraxdığı nöqsanlara görə, daxili işlər orqanları sıralarından xaric edilib.

Onun vəzifədən çıxarılmasına səbəb toylarda karantin rejimi qaydalarının pozulmasına göz yumması olduğu bildirilir. //Oxu.az