Daha bir hakimi koronavirusa yoluxub

 11:42 31.08.2021     208

Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir hakimi koronavirusa yoluxub.

Redaktor.az-ın xəbərinə görə, hakim Samir Əliyevin koronavirus testinin nəticəsi pozitiv çıxıb.

Bununla bağlı hakimin icraatında olan işlər üzrə məhkəmə prosesləri təxirə salınıb.

Bundan başqa, Samir Hüseynovla eyni tərkibdə olan hakimlər Eldar İsmayılov və Cavid Hüseynovun da icraatında olan cinayət işləri üzrə məhkəmə prosesləri təxirə düşüb.

Qeyd edək ki, bundan əvvəl məhkəmənin hakimi İradə Həsənzadə də koronavirusa yoluxub. //APA