İsmayıllıda dağlıq ərazidə yanğın söndürülüb

 12:36 31.08.2021     181

İsmayıllı rayonu, Sərdahar kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində söndürülüb.

Redaktor.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində ümumilikdə, təqribən, 5 hektar sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb. Relyefin mürəkkəbliyinə baxmayaraq, görülmüş tədbirlər sayəsində yanğının genişlənərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.