Xaricdəki soydaşlarımızın Şuşa səfərinə baxış - NƏYİ TƏNQİD EDİRİK?

Son dövrlər mediada Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin keçirdiyi tədbirlərlə bağlı müxtəlif fikirlər yazılır və səsləndirilir. Fikirlərin müxtəlıfliyini ona görə qeyd edirik ki, bu fikirlərlərin bəziləri keçirilən tədbirlərin təqdirəlayiq olduğunu, bəziləri isə heç bir əhəmiyyət daşımadığını bildirir. Bizim fikrimizcə «görülən hər bir iş görülməyən işdən daha faydalıdı» prinsipindən yanaşdıqda, keçrilən hər bir tədbir də, keçrilmiyən tədbirdən daha əhəmiyyətlidi.
Sosial şəbəkələrdə yazılan rəylərin müxtəlifliyi göstərir ki, bu mövzuda fikir ayrılıqları mövcuddur. Biz heç də Diasporla İş üzrə Dövlət Komitəsində hər şey ideal formada olduğunu söyləmək fikrində deyilik. Amma gəlin razılaşaq ki, iş olan yerdə səhvlər olur. Komitənin indiki fəalıyyəti ilə 10 il bundan əvvəlki fəaliyyətindəki müsbət dəyişiklikləri görmək istəməmək özü bir ədalətsizlikdi. Son iki-üç ildən başlayaraq fəaliyyətini ölü zonadan çıxardan Komitə dünyanın bir çox ölkələrində bir-birinin ardınca milli birlik baxımından çox əhəmiyyətli tədbirlər həyata keçirdib. Bu tədbirlərin necə əhəmiyyətli olması Tovuz hadisələrindən başlayaraq 44 günlük Vətən müharibəsində də özünü göstərdi və bizim Diasporla İş Komitəsinin Ermənistanın Siaspora Işləri üzrə Müvəkkiliyini necə üstələdiyi açıq-aşkar hiss olundu. Məhz buna görə də Ermənistanın Baş naziri Nikol Paşinyan Müvəkkiliyin 12 əməkdaşını işdən azad etdi. Dostlar, məhz buna görə ölü zonadan aktiv zonaya keçən Diasporla İş üzrə Dövlət Komitəsini sosial şəbəkələrdə tənqid atəşinə tutmaqdansa, onlara dəstək vermək daha yaxşı olmazmı?
Komitənin son tədbirlərindən olan «Biz dəmir yumruğun gücü ilə Şuşadayıq» şüarı altında təşkil edilən səfərlə bağlı və bu səfərlərin əhəmiyyətsiz olması barədə sosial şəbəkələrdə araşdırılmadan, təhlil edilmədən yazılan fikirlər heç də həqiqəti əks etdirmir. Əhəmiyyətsiz olmağını onunla əsaslandırırlar ki, səfərdə iştirak edən diaspora təşkilatlarının üzvləri geri döndükdən sonra yaşadıqları ölkələrin KİV-lərində əsgərlərimizin qəhrəmanlıqları, hərb tariximizə qızıl hərflərlə yazilacaq qələbəmiz barəsində, Şuşanın alinması haqqında çıxışlar etməyiblər. Səfərlərə xərclənən pulların daha əhəmiyyətli tədbirlərə xərclənməsini yazırlar.
Əziz dostlar, birincisi, bizim xaricdə yaşayan həmvətənlərimiz Azərbaycana tez-tez gələ bilmirdilər və bir yandan da pandemiya bu işi bir az da çətinləşdirdi. Gələnlərin də bir çoxu müəyyən səbəblərdən geri dönə bilməmişdilər. Bəlkə də bu Tanrının onlara yaratdığı bir imkan idi ki, işğaldan azad edilmiş torpaqlara səfər edə bilsinlər. Ona görə də onlar komitəyə müraciət ediblər. Komitə də onların müraciətlərin nəzərə alaraq bu səfərləri təşkil edib. Əgər həmvətənlərimizin müraciətlərinə komitə tərəfindən baxılmasa idi, onda komitəni tənqid atəşinə tutanların önündə bizi də görərdiniz.
İkincisi, Səfərdə iştirak edən nümayəndələr yaşadıqları ölkələrin xəbər saytlarında bu mövzuda çıxışlar ediblər və yəqin ki, bundan sohra da səfər təəsüratların təmsil olunduqları ölkələrin mediasında bölüşəcəklər.
Üçüncüsü, yazırlar ki, səfərdə iştirak edənlərin əksəriyyəti Türkiyədə yaşayan həmvətənlərimiz olub. Komitənin Mətbuat xidmətinin məlumatlarında göstərilir ki, birinci səfərdə 24 ölkdən 72 nəfər, ikinci səfərdə isə 26 ölkədən 96 nəfər iştirak edib. Birinci səfərdə təmsil olunan dövlət, ola bilər ikinci səfərdə də başqa nümayəndə ilə təmsil olunsun. Təxminən 40 dövlətdə fəaliyyət göstərən diaspora təşkilatlarının nümayəndələri səfərdə iştirak edib.
Dördüncüsü, komitəyə irad bildirirsiniz ki, dövlət pullarını göyə sovurur. 168 adamın Şuşaya gedib gəlməsinə nə qədər pul xərclənə bilər ki, Komitə də onu göyə sovursun. Fikrimizcə səfərlərə ayrılan maliyyə vəsaiti, səfərin əhəmiyyətindən çox azdı.
Dəyərli dostlar, əziz həmkarlar gəlin Qarabağla məsələlərdə bir az diqqətli və həmrəy olaq. Bizim fikrimizcə 10 il bundan əvvəlki fəaliyyətlə, bu günki fəaliyyət arasındakı fərqi görüb qiymətləndirməmək Diasporla İş üzrə Dövlət Komitəsində vicdanla Vətəninə xidmət edən əməkdaşların haqqına girmiş oluruq. Biz inanmırıq ki, dövlətimiz üçün 1 manatın belə əhəmiyyətli olduğu dönəmdə, onu əhəmiyyətsiz işlərə xərcləsinlər. Medianın bu məsələlərə nəzarəti mütləq lazımdır. Amma obyektiv və qərəzsiz.
P.S Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidməti Şuşa səfəri ilə bağlı xarici ölkələrdə dərc olunan materiallar haqqında təhlili arayış hazırlayıb paylaşsalar daha yaxşı olar.
Redaktor.az-ın Təhlil Qurupu