Qızıllarını gizlədib Azərbaycandan çıxarmaq istədi

 14:35 31.08.2021     123

Zərgərlik məmulatlarının Azərbaycanın gömrük sərhədindən qanunsuz keçirmək cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Redaktor.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Bakı-İstanbul aviareysi ilə gedən Azərbaycan vətəndaşı "Qırmızı Kanal" vasitəsilə keçərkən mütləq qaydada bəyan etməli əşyaları elektron və yazılı formada bəyan etməyib.

Vətəndaşın yükləri rentgen aparatından keçən zaman monitorda zərgərlik məmulatlarının təsvirləri görünüb. Yoxlama zamanı vətəndaşa məxsus çamadanın içərisində gömrük nəzarətindən gizlədilən, ümumi çəkisi 128 qram olan qızıl zərgərlik məmulatları – 2 ədəd sırğa-üzük-klon dəsti, 1 ədəd sırğa-üzük-klon-qolbaq dəsti aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.