Bu gün peyvənd olunanların sayı - FOTO

 17:44 31.08.2021     99

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 116 709 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 69 972, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 46 737 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 805 740, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 113 716, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 692 024 təşkil edir.