Daha bir xəstəxana bağlandı: COVID-19 xəstələrini qəbul edəcək

 18:44 31.08.2021     349

“Cəlilabad Rayon Mərkəzi Xəstəxanası virusa yoluxmuş şəxslər üçün yenidən koronavirus (COVID-19) təyinatlı xəstəxanaya çevrilib.

Redaktor.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) qeyd edilib.

Qurumdan qeyd edilib ki, hazırda ölkəmizdə COVID-19-la bağlı 20-dən çox xəstəxana fəaliyyət göstərir və ehtiyac yarandığı təqdirdə bu say 40-ə qədər artırıla bilər.

Qeyd edək ki, bir müddət əvvəl 1 saylı Kliniki Tibbi Mərkəz (KTM) də yalnız koronavirus xəstələrini qəbul etməsi üçün bağlanıb. //Oxu.az