Baş prokuror Türkiyəyə getdi

 10:58 01.09.2021     332

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Ankara şəhərinə səfərə gedib.

 

Bu barədə Redaktor.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, səfər Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Mehmet Akarca və Baş prokuroru Bekir Şahinin dəvəti ilə baş tutub.

 

Səfər qardaş ölkənin Ali Məhkəməsi və Baş Prokurorluğunun yeni inzibati kompleksinin açılışında, həmçinin “Kassasiya instansiyası məhkəmələrində mükəmməllik” mövzusunda keçiriləcək beynəlxalq simpoziumda iştirak məqsədi daşıyır.