Bir doza peyvənd olunmuş şəxslər də iaşə obyektlərinə BURAXILACAQ

 18:00 01.09.2021     261

“İctimai iaşə obyektlərinə daxil olmaq üçün 2 doza vaksin tələbi ilə bağlı qərara dəyişiklik edilib. Yanlış şərhdən söhbət gedə bilməz”.

 

Redaktor.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev qərarı yanlış şərh etməsilə bağlı müzakirələrə aydınlıq gətirərkən bildirib.

 

O qeyd edib ki, vətəndaşlar iri ticarət mərkəzlərinə, mehmanxanalara, kafelərə, restoranlara 1 oktyabra qədər 1 doza vaksin vurdurmaqla da daxil ola biləcəklər. Qərara dəyişikliyin ictimaiyyətin narazılıqdan qaynaqlanmasına gəlincə, E.Hacıyev bunun səbəbini bilmədiyini deyib.

 

Qeyd edək ki, DİN rəsmisi 1 sentyabrdan yalnız 2 dozada peyvəndlənən şəxslərin iri ticarət mərkəzlərinə, mehmanxanalara, kafelərə, restoranlara daxil olmasına icazə verildiyini açıqlamışdı.

 

Prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovun az əvvəl verdiyi açıqlamada oktyabrın 1-dək iki dozadan birini qəbul etmiş şəxslərin də iaşə obyektlərinə daxil ola biləcəklərini bildirib (modern.az).