Tanınmış aparıcıya vəzifə verildi

 10:22 02.09.2021     569

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatına yeni mətbuat katibi təyin edilib.

Ombudsman Aparatından Redaktor.az-a verilən məlumata görə, tanınmış aparıcı Emil Şahzadə Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, o, uzun illər televiziya və radio jurnalistikası sahəsində fəaliyyət göstərib.