Əks göstəriş sertifikatını əldə etmə QAYDALARI

 10:56 02.09.2021     396

Əks göstəriş sertifikatı ilə bağlı müraciətdən sonra müsbət cavab alan vətəndaşlar https://kabinet.its.gov.az/ saytında təklif olunan 4 üsuldan biri vasitəsi ilə qeydiyyatdan keçməlidirlər.

Redaktor.az-ın məlumatına görə, Səhiyyə Nazirliyindən bildirilib ki, qeydiyyatdan keçdikdən sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pəncərəsi seçilməlidir.

Daha sonra vətəndaşlar sağ tərəfdə yerləşən digər xidmətlər pəncərəsinə daxil olaraq “Əks göstəriş sertifikatı” bölməsini seçərək, qeyd olunan sertifikatı telefona elektron formada yükləyə, eyni zamanda “Screenshot” edib fotosunu telefonun yaddaşında saxlaya bilərlər (apa).