Qənirə Paşayeva Şuşada Mir Möhsün Nəvvabın evini ziyarət etdi

"Mədəniyyət paytaxtımız olan qədim Şuşamızda doğulmuş, yaşayıb yaratmış şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat, musiqişünas, böyük alim və şəxsiyyət Mir Möhsün Nəvvabın evini ziyarət etdik. İşğalçı Ermənistan vandalizminin, barbarlığının dəhşətlərini görüb bu ev, bu mülk".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva özünün feysbuk hesabında yazıb.
"Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad edilmiş əziz Şuşamızda böyük quruculuq, abadlıq işləri aparılır. Biz əminik ki, çox yaxın zamanlarda gözəl Şuşamız bütün dünyada ən gözəl mədəniyyət şəhərlərindən biri kimi tanınacaq. Amma hər bir azərbaycanlı erməni vandalizmini, erməni faşizminin iç üzünü görmək, duymaq istəməyənlərə gerçəklikləri yorulmadan çatdırmalıdır. Çünki ermənilərin əsl məqsədi işğal etdikləri torpaqlarımızdan xalqımızın tarixini və mədəniyyətini də tamamilə silmək olub. Bu dəhşətli barbarlığı bütün dünyaya daha çox duyurmalıyıq", - deyə deputat bildirib.