Goranboyda “Açıq mikrofon” aksiyası olacaq

 13:22 02.09.2021     1516

“Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası uğurla davam edir. Səyyar qəbul otaqlarının təşkil olunduğu bütün ərazilərdə icrası mümkün olan işlərə başlanılıb.

İB-dən Redaktor.az-a bildirilib ki, aksiyanın əhatə dairəsi Bakı və Abşeronla kifayətlənmir. Daha çox regionlara köklənmiş aksiya bu dəfə Goranboy rayonunun Qazançı kəndində təşkil olunacaq.

Sakinlər sentyabrın 3-də saat 11:00-dan 13:00-a qədər Birliyin açıq olacaq mikrofonunun imkanlarından istifadə edərək problem və təkliflərini səsləndirə bilərlər.

Vumart və Güvən reklamı Vumart Güvən