COVID-19 pasportu tələbi: Vətəndaşların bərabərik hüququ pozulur?

 19:52 07.09.2021     6912

Xəbər verdiyimiz kimi, sentyabrın 1-dən Azərbaycanda ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə getmək istəyən yaşı 18-dən yuxarı olan bütün şəxslərdən COVID-19 pasportu və tələb olunur.  

Maraqlıdır ki, COVID-19 pasportu ilə bağlı məhdudiyyətlər vətəndaşların hüququnu pozmurmu?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən tanınmış hüquqşünas Roman Qaraşov bildirib ki, hazırda Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilir. Bu o deməkdir ki, hazırda tətbiq edilən qaydalar və məhdudlaşdırıcı normalar hüquq çərçivəsindədir:

20 gündən bir ən azı 30 manat cərimələnə bilərsiniz – Vəkil Roman Qaraşov

"Hazırda vaksin vurdurmayan şəxslərin Nazirlər Kabinetinin müəyyən etdiyi obyektlərə buraxılmaması onların bütün hüquqlardan məhrum edilməsi demək deyil. Hazırda əsas məsələ vətəndaşların sağlamlığının qorunmasıdır. Bu baxımdan vaksinasiya ilə bağlı məhdudiyyıtlərin olması normaldır. Çünki yenidən qapanmalara getməkdənsə əhalinin kütləvi vaksinasiyaya təşviq edilməsi daha yaxşıdır".

Tanınmış vəkil Əsabəli Mustafayev isə hesab edir ki, peyvənd olunmayan şəxslərə tətbiq olunmuş məhdudiyyətlər, onların sosial xidmətlərə çıxışlarına qoyulmuş qadağalar Konstitusiyaya ziddir:

Bir Asabali Mustafayev görseli olabilir

"Bir fərd olaraq hesab edirəm ki, əks göstəricisi olmayan hər bir kəs peyvənd olunmalıdır. Çünki qohumum, yaxınım olan, tanıdığım onlarla şəxs virusa yoluxublar, ağır müalicə proseduru keçiblər, bəziləri hətta vəfat ediblər.Lakin hüquqşünas olaraq insan haqlarını pozan qərarları mənfi qiymətləndirməyə bilmərəm. Əminəm ki, əhalini peyvənd olmağa maraqlandırmaq üçün digər qanuni vasitələr vardır. Bu ilin əvvəllərində Avropa Şurasının Parlament Assambleyası 2361 saylı qətnamə qəbul edib və səsvermədə bizim ölkənin nümayəndələri də yəqin ki, iştirak ediblər. Bu qətnamə hazırda ölkəmizdə tətbiq olunmuş məhdudiyyət və qadağalardan şikayətləri gələcəkdə Avropa Məhkəməsində şanslı edir. İndi Konstitusiya Məhkəməsinə hünər arzulayıram ki, bu məhdudiyyət və qadağaları tətbiq etmiş Nazirlər Kabinetinin qərarını ləğv etsin". 

Oral Mədənçi / Redaktor.az