Kafe icarədarı və müştəriləri cəzalandırıldı

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlayıblar.
Redaktor.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, kafe rayonun Potubəyli kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərib.
Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, obyektin icarədarı Z.Məmmədov və orada olan beş müştəri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.