Bu dəhşətli barbarlığı bütün dünyaya çatdırmalıyıq - Qənirə Paşayeva Şuşadan yazdı

 21:37 02.09.2021     276

Mədəniyyət paytaxtımız olan qədim Şuşamızda doğulmuş böyük sənətkarımız Bülbülün evini, ev muzeyini ziyarət etdik. İşğalçı Ermənistan vandalizminin, barbarlığının dəhşətlərini görüb bu ev, bu muzey…

Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad edilmiş əziz Şuşamızda böyük quruculuq, abadlıq işləri aparılır. Böyük sənətkarımız Bülbülün evində, ev muzeyində də təmir-bərpa işləri artıq başa çatır və bu evin,bu muzeyin qapısı artıq Şuşaya gələn ziyarətçilərə açılıb. Erməni vandalizminin, barbarlığının izləri isə gələcək nəsillərin görməsi üçün qorunub saxlanılıb. Biz əminik ki, çox yaxın zamanlarda gözəl Şuşamız bütün dünyada ən gözəl mədəniyyət şəhərlərindən biri kimi tanınacaq. Amma erməni vandalizmini, erməni faşizminin iç üzünü görmək, duymaq istəməyənlərə gerçəklikləri hər bir azərbaycanlı yorulmadan çatdırmalıdır. Çünki ermənilərin əsl məqsədi işğal etdikləri torpaqlarımızdan xalqımızın tarixini və mədəniyyətini də tamamilə silmək olub. Bu dəhşətli barbarlığı bütün dünyaya daha çox duyurmalıyıq.

Bülbülün evinin, ev muzeyinin bağçasından bir neçə ağ gül dərdim onun məzarına qoymaq üçün. Ruhu şad olsun!

 

Qənirə Paşayeva,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

22222222