Azərbaycanda tanınmış şəxs koronavirusdan ölüb - SON DƏQİQƏ

 00:37 03.09.2021     704

Tanınmış idman ustası, bir çox mükafatların qalibi Aydın İbrahimov koronavirusdan dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, bu barədə onun nəvəsi Nərminə Məmmədova məlumat verib.

A.İbrahimov bir müddət əvvəl COVID-19-a yoluxub və “Yeni Klinika”da müalicə alırmış. Onun elə həmin tibb müəssisəsində vəfat etdiyi bildirilir.

Qey edək ki, A.İbrahimov sərbəst güləş üzrə dünya çempionu, “Neftçi” futbol klubunun ilk prezidenti, 1964-cü il Olimpiya Oyunlarının bürünc mükafatçısı, 1963-cü ildə dünya çempionu, 1966-cı ildə Avropa çempionu, 1964-cü ildə SSRİ çempionu, 1963-cü ildə gümüş medal mükafatçısı, 1960 və 1967-ci illərdə bürünc medalların sahibi olub, SSRİ əməkdar idman ustası (1965) və SSRİ əməkdar məşqçisi adlarına layiq görülüb. Bakının “Dinamo” cəmiyyətinin üzvü olub.

Allah rəhmət eləsin!  //APA

2