Dairə seçki komissiyalarına yeni sədr və katiblər seçildi

 16:49 03.09.2021     914

Azərbaycanda dairə seçki komissiyalarına yeni sədr və katiblər seçilib.

Redaktor.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, ötən iclasda 125 dairə seçki komissiyası formalaşdırılıb və artıq həmin komissiyalar fəaliyyətə başlayıb.

MSK sədri qeyd edib ki, növbəti addım məntəqə seçki komissiyalarının formalaşdırılması ilə bağlıdır: “Məntəqə seçki komissiyaları formalaşdırılarkən nəzərə alınmalıdır ki, MSK tərəfindən buraxılmış seçki məntəqələrində komissiya üzvləri heç bir seçki komissiyasında üzv kimi iştirak edə bilməzlər.

Seçki məntəqələri yenidən formalaşdırılır. Buraxılmış məntəqələrin komissiya üzvləri hazırda heç bir səlahiyyətə malik deyillər”.