Polad Həşimovun qızı Tibb Universitetinə qəbul oldu

 10:29 04.09.2021     753

 Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova Tibb Universitetinə daxil olub.

Redaktor.az xəbər verir ki, bu barədə  P.Həşimovun dostu Vüsal Əliyev məlumat verib. O qeyd edib ki, A. Həşimova universitetin  "Müalicə işi”  ixtisasına daxil olub.

Qeyd edək ki, şəhid generalın qızı bir müddət əvvəl verdiyi müsahibədə 4-cü ixtisas qrupu üzrə imtahanlara hazırlaşdığını bildirmişdi.

Xatırladaq ki, Polad Həşimovötən ilin iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə olarkən şəhid olub. Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncama əsasən P. Həşimova ölümündən sonra "Milli Qəhrəman” adı verilib. //Qafqazinfo.az

Vumart və Güvən reklamı Vumart Güvən