İlham Əliyevdən növbəti qızıl medallar qazanan idmançılara TƏBRİK

 11:15 04.09.2021     326

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalları qazandıran idmançılarımızı təbrik edib.

Redaktor.az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı tvitterdəki hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Paralimpiyaçılarımız bizi sevindirməkdə davam edir. Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medallarımızın sayı 14-ə çatdı. Qızıl medalçılarımız Lamiyə Vəliyeva və Orxan Aslanovu inamlı qələbələri münasibətilə ürəkdən təbrik edirəm!”.

Vumart və Güvən reklamı Vumart Güvən