Qənirə Paşayeva Şuşada Mehmandarovun evini ziyarət etdi - FOTO/VİDEO

 12:09 04.09.2021     466

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan xalqının qədim və tanınmış soylarından biri - mədəniyyət paytaxtımız Şuşada doğulmuş Mehmandarovların evini (ev muzeyini) ziyarət edib.

Redaktor.az xəbər verir ki, bu barədə komitə sədri özünün feysbuk hesabında paylaşım edib.

"Şuşa ilə bərabər Mehmandarovların evi də işğalçı Ermənistanın vandalizminin dəhşətlərini görüb…

Ali Baş Komandanımızın mükəmməl rəhbərliyi ilə işğaldan azad edilmiş əziz Şuşamızda böyük quruculuq, abadlıq işləri aparılır. Şuşa azadlıqdan abadlığa keçid mərhələsindədir. Mehmandarovlar malikanəsində də təmir-bərpa işləri artıq başa çatır və bu evin, bu muzeyin qapısı artıq Şuşaya gələn ziyarətçilərə açılıb. Erməni vandalizminin izləri isə gələcək nəsillərin görməsi üçün qorunub saxlanılıb.

Biz əminik ki, çox yaxın zamanlarda əziz Şuşamız bütün dünyada ən gözəl mədəniyyət şəhərlərindən biri kimi tanınacaq. Amma erməni vandalizmini, erməni faşizminin iç üzünü görmək, duymaq istəməyənlərə gerçəklikləri hər bir azərbaycanlı yorulmadan çatdırmalıdır. Çünki ermənilərin əsl məqsədi işğal etdikləri torpaqlarımızdan xalqımızın tarixini və mədəniyyətini də tamamilə silmək olub. Bu dəhşətli barbarlığı bütün dünyaya daha çox duyurmalıyıq", - deyə Qənirə Paşayeva bildirib.

222