Milli Məclisin komitə iclasları başlayır

 12:20 04.09.2021     1158

Milli Məclisin payız sessiyasının komitə iclasları başlayır.

Redaktor.az xəbər verir ki, sentyabrın 8-də parlamentin Elm və təhsil komitəsinin iclası keçiriləcək.

Onlayn qaydada keçiriləcək toplantının gündəliyinə iki məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

1. Milli Məclisin Elm və təhsil komitəsinin 2021-ci ilin payız sessiyası üçün iş planının müzakirəsi.

2. Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il növbədənkənar sessiyası ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatı (report).