Yol polisi 1680 manatlıq cərimə yazdı - Gəncədə reyd / FOTO

 17:29 04.09.2021     566

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib. 

Daxili İşlər Nazirliyindən (DİN) Redaktor.az-a verilən məlumata görə, şəhərin müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

Dayanma-durma qaydalarını kobud şəkildə pozan 84 sürücü barəsində inzibati protokollar tərtib olunub.

Qeyd edək ki, dayanma və durma qaydalarının pozulmasına görə cərimə 20 manatdır. 

Vumart və Güvən reklamı Vumart Güvən