Cəbrayılda daha bir erməni hərbçinin qalıqları tapıldı

 19:20 04.09.2021     1161

İtkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Redaktor.az xəbər verir ki,  hərbi qulluqçunun meyitinin qalıqları Cəbrayıl istiqamətində aşkarlanıb. Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1656 nəfərə çatıb.