Azərbaycanda bu məkanlara giriş də COVİD-19 pasportu ilə olacaq - QƏRAR

 21:50 04.09.2021     916

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə sentyabrın 1-dən etibarən iaşə obyektlərinin, otellərin və böyük ticarət mərkəzlərinin xidmətlərindən "COVID" pasportu olan şəxslər istifadə edə bilərlər.

Redaktor.az bildirir ki, Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Trend Life-a verilən məlumata görə, qurum rəhbəri Anar Kərimovun qərarı ilə bu qayda koronavirusun yayılmasını azaltmaq məqsədi ilə idarənin tabeliyindəki muzey və qalereyalara da aiddir.

Bildirilir ki, birinci doza peyvənd edilən şəxslərə də adı çəkilən yerlərə girişə icazə verilir.