Bakıda avtomobil yolu keçən qadını vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az-ın məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.
Badamdar qəsəbəsində avtomobil yolu keçən 1961-ci il təvəllüdlü Məmmədova Xəzangül Bəhram qızını vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır. //Report