Füzuli Beynəlxalq Hava limanında DSX də fəaliyyət göstərəcək

 12:33 05.09.2021     102

Füzuli Beynəlxalq Hava limanında DSX də fəaliyyət göstərəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Dövlət Sərhəd Xidmətinin polkovnik-leytnantı Rəşad Məşədiyev məlumat verib.

R.Məşədiyev bildirib ki, Müzəffər Ali Baş Komandanın Qarabağın hava qapısı adlandırdığı hava limanında olmaq olduqca qürur vericidir:

"Burada digər xidmətlərlə yanaşı DSX-nin müvafiq bölməsi fəaliyyət göstərəcəkdir. Hava limanında yaradılan sərhəd nəzarəti bölməsinin müvafiq texniki vasitələrlə və şəxsi heyyətlə komplektləşdirilməsi istiqamətində işlər görülür"

Qeyd edək ki, bu gün Füzuli beynəlxalq hava limanında əlamətdar hadisə baş verib. Hava limanının istismara verilməsindən əvvəl, Bakıdan uçan "Azərbaycan Hava Yolları" na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra edib.