Ağdam sakinlərinin doğma şəhərə səfəri baş tutub

 13:36 05.09.2021     384

Ağdam rayon sakinlərinin işğaldan azad edilən doğma şəhərə səfəri baş tutub.

Redaktor.az-ın məlumatına görə, Ağdam şəhəri də daxil olmaqla, rayonun müxtəlif kəndlərindən 48 sakin Ağdama ziyarətə gətirilib.

Rayon sakinləri Pənahəli xanın İmarəti, çörək muzeyi, Ağdam Mədəniyyət Evi, Cümə Məscidinə baxış keçirdikdən sonra, Qiyaslı kənd məscidi və Şahbulaq qalasına ziyarət ediləcək.