Azərbaycanda həkim koronavirusdan öldü - FOTO

 01:51 06.09.2021     527

Şəkidə həkim koronavirusun qurbanı olub.

Redaktor.az xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının həkim-ginekoloqu 1957-ci il təvəllüdlü Rasimə Cabbarova dünən müalicə aldığı xəstəxanada koronavirusdan həyatını itirib.

Məlumata görə, o, bir müddət əvvəl COVID-19 virusuna yoluxub.

Qeyd edək ki, 64 yaşlı R. Cabbarova Şimal-qərb bölgəsində tanınmış ginekoloq olub (report).