DSX-nin yeni mətbuat katibi təyin olunub? - RƏSMİ

 10:42 06.09.2021     378

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzinə yeni kadr təyinatı olmayıb.

Redaktor.az xəbər verir ki, bunu DSX-nın Mətbuat mərkəzinin rəisi Maya Şərifova deyib.

Mərkəz rəisi bildirib ki, hazırda mərkəzə özü rəhbərlik edir: "Mərkəzə heç bir yeni təyinat olmayıb. Polkovnik-leytenant Rəşad Məşədiyev ötən il qurumun Mətbuat mərkəzinin rəis müavini təyin edilib və hazırda da həmin vəzifəni icra edir. Həmin şəxs yeni vəzifəyə təyin olunmayıb, məlumat həqiqəti əks etdirmir".

Vumart və Güvən reklamı Vumart Güvən