Vilayət Eyvazovdan yeni TƏYİNAT

Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib.
Redaktor.az xəbər verir ki, bununla bağlı daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə polis kapitanı Dilşən Məmmədov təyinat alıb.
Qeyd edək ki, o, bu təyinatadək Siyəzən DYP-də çalışıb. //Unikal.org