Azərbaycanda koronavirusla bağlı SON VƏZİYYƏT / FOTO

 15:33 06.09.2021     1453

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 406 yeni yoluxma faktı qeydə alınıb, 2 867 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-averilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 445 278 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 386 549 nəfər müalicə olunaraq sağalıb, 5 879 nəfər vəfat edib, aktiv xəstə sayı 52850 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 550, ötən müddət ərzində isə ümumilikdə 4 563 070 test aparılıb.

Azərbaycanda son sutkada 2867 nəfər COVID-19-dan sağalıb, 2406 nəfər yoluxub, 37 nəfər ölüb