Dövriyyədən çıxarılan narkotiklərin miqdarı AÇIQLANDI

 17:28 06.09.2021     458

Bir ay ərzində polis əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı dövriyyədən çıxarılan narkotik vasitələr və psixotrop maddələrin miqdarı açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, bu ilin avqust ayının 1-dən 1 sentyabr tarixinə qədər 7 kq tiryək, 180 kq marixuana, 155 kq heroin, 4 ton çətənə kolu dövriyyədən çıxarılıb.

Sözügedən müddət ərzində aşkar edilərək götürülən narkotik vasitə "patı"nın miqdarı isə 21 kq olub.