Azərbaycanda tanınmış şəxs vəfat etdi - FOTO

 09:47 07.09.2021     212

AMEA-nın həqiqi üzvü və Bakı Mühəndislik Universitetinin (BMU) Fizika kafedrasının professoru Ənvər Nəhmədov vəfat edib.

Redaktor.az xəbər verir ki, alim 62 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ənvər Nəhmədov 24 avqust 1959-cu ildə Bakı şəhərində anadan olub. O, 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini qırmızı diplomla bitirib. Elə həmin il sentyabrın 1-də təyinatla AMEA-nın Fizika İnstitutunda akademik Firudin Həşimzadənin rəhbərlik etdiyi laboratoriyada əmək fəaliyyətinə başlayıb.

Ə.Nəhmədov 90-a yaxın elmi məqalə, o cümlədən “Aşağı ölçülü sistemlərdə aşqar və korrelyasiya effektləri” kitabının müəllifi olub. //Report

2