Sabiq deputat vəfat etdi - FOTO

 11:07 07.09.2021     1135

Azərbaycan Milli Məclisin sabiq deputatı, Yazıçılar Birliyinin üzvü, jurnalist, ədəbiyyatşünas, fəlsəfə doktoru Xeyrulla Əliyev vəfat edib.

Redaktor.az xəbər verir ki, Xeyrulla Salman oğlu Əliyev 1991-ci il noyabrın 26-da Azərbyacan Ali Sovetinin nəzdində yaradılan Milli Şuranın 50 üzvündən biri olub.

Tənqidçi, ədəbiyyatşünas, nasir və tərcüməçi kimi Azərbaycan dövri mətbuatında müntəzəm çıxış edən X.Əliyev bir çox tərcümə kitablarının da müəllifidir.

O, 2003-cü ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi idi. Hekayələri, tərcümələri, oçerkləri, ədəbi-tənqidi və publisist məqalələri, teatr və kino rəyləri, eləcə də  tərcümələri dövri mətbuatda müntəzəm "Ə.Xeyri”, "Əli Xeyrəddinov”, "Xeyir Əliyev” və s. imza və təxəllüslərlə çap edilirdi. 

X.Əliyev 20-dən artıq bədii filmin mətnini Azərbaycan dilinə çevirmişdi. O, Çingiz Aytmatovun "Dəniz kənarıyla qaçan alabaş”, "Gün var əsrə bərabər”, Nodar Dumbadzenin "Ağ bayraqlar” və s. əsərlərini Azərbaycan dilinə tərcümə etmişdi.

Allah rəhmət eləsin!