İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovskiyə məktub göndərib.
Redaktor.az-ın məlumatına görə, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Ölkənizin müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Şimali Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm.”