Füzulidə 2 erməni hərbçinin qalıqları tapıldı

 16:39 07.09.2021     673

44 günlük müharibə zamanı itkin düşmüş daha iki erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Redaktor.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, hərbi qulluqçuların meyitinin qalıqları Füzuli istiqamətində aşkarlanıb. Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 659-a çatıb.