Azərbaycanda “Mu” ştammı aşkarlanıb? - AÇIQLAMA

 18:00 07.09.2021     753

"Hazırda müvafiq yoxlamalarda hələ ki koronavirusun yeni ştammı ("Mu") aşkar edilməyib.

Redaktor.az xəbər verir ki, bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayev deyib.

O bildirib ki, ölkəyə xaricdən daxil olan, ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr daimi toplanılır və analiz edilir.