Cəmil Babayevin dəyişdirildiyi erməni əsgərlərin adları AÇIQLANDI - RƏSMİ

 20:35 07.09.2021     354

Ağdərədə ermənilər tərəfindən saxlanılan azərbaycanlı Cəmil Babayev Azərbaycana qaytarılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Əsir düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasından məlumat verilib. Məlumatda bildirilir ki, C. Babayev Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Azərbaycana qaytarılırb.

C. Babayev Artur Nalbandyan və Aramais Torozyan adlı 2 erməni əsgərlə dəyişdirilib (trend).

Xatırladaq ki, avqustun 26-da Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

Əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.