Aytən Səfərova seçim etdi: Bu kanalda çalışacaq

ATV kanalından ayrılan Aytən Səfərovanın yeni çalışacağı yer müəyyənləşib.
Redaktor.az xəbər verir ki, tanınmış aparıcı bundan sonra Xəzər TV-də fəaliyyətinə davam edəcək.
O, həftə içi beş gün səhər efiri aparacaq.
Qeyd edək ki, A.Səfərova ANS kanalının yayımı dayandırıldıqdan sonra ATV-də fəaliyyətə başlamışdı. Bir müddət öncə ATV-dən ayrılan aparıcı gələn təklifləri dəyərləndirdiyini bildirmiş, konkret ad çəkməmişdi.